“Ötən illərdə olduğu kimi bu il də ölkə ərazisində qazlaşdırma işləri davam etdirilir. Görülən işlər regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində icra olunur”. Bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov “Açıq qapı” aksiyası zamanı bildirib. Onun sözlərinə görə artıq 90-a yaxın yaşayış məntəqəsi və yeni yaşayış massivində paylayıcı küçə xətləri, eyni zamanda daşıyıcı qaz xətlərinin çəkilişi işləri sürətlə davam etdirilir. “İlin sonunadək qədər digər 50 kənd, habelə yaşayış massivində də işlərin başlanması və aparılması nəzərdə tutulur”,-deyə şöbə rəisi bildirib. Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev isə cari ilin 7-ci ayınadək olan statistik göstəricilərə əsasən abonentlərin sayının 2 milyon 544 min 873 olduğunu media nümayəndələrinin diqqətinə çatdırıb. O bildirib ki, qeyd olunan istehlakçılardan 41 min 117-i qeyri-əhali sektoruna aiddir. Qurum rəsmisi, həmçinin abonent məmnunluğunun təmin olunması istiqamətində görülən işlər barədə də məlumat verib. “Bir sıra lahiyələr, o cümlədən "Açıq mikrafon" aksiyası və xidmət sahələrini əhatə edən görüşlərimiz həyata keçirilir. Davamlı olaraq aksiyalar həyata keçirilməkdədir və bunun məhsuldarlığı aydın şəkildə görünür. Görüşlər zamanı vətəndaşlar müraciətlərini birbaşa olaraq səsləndirirlər və dərhal həlli yolunda işlər görülür”, - deyə şöbə rəisi vurğulayıb. Daha sonra görüş media nümayəndələrinin suallarının cavablandırılması ilə davam edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.