AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Masallı Təhsil Fondu" II semestrdə balı 90-dan yüksək olan 7 tələbəyə təbrik ünvanladı

  • + A
  • - A
  • 18-08-2023, 12:05

    "Masallı Təhsil Fondu" II semestrdə balı 90-dan yüksək olan 7 tələbəyə təbrik ünvanladı

    "Masallı Təhsil Fondu" Il semestrdə balı 90-dan yüksək olan 7 tələbəyə təbrik ünvanladı.

    Qeyd edək ki, "Masallı Təhsil Fondu" Azərbaycan Respublikası Milli Məclisin deputatı Məşhur Məmmədovun təşəbbüsü və Maluyyə dəstəyi ilə yaradılıb. 3 ildir ki, fəaliyyət göstərən Fond aztəminatlı ailələrin qız övladlarına təhsil almaqlarına yardım edir.
    Bu il də ənənəsinə sadiq qalan "Masallı Təhsil Fondu" 2023/2024-ci tədris ilində Dövlət Pedaqoji Universitetlərinə daxil olmaq istəyən abituriyentlərin Təhsil Fonduna müraciətlərini əsas götürərək onlara köməklik göstərilməsini nəzərdə tutur. Dövlət Universitetlərinin müxtəlif kurslarında təhsil alan qızlar ali məktəblərdə oxuduğları müddətdə yüksək nəticələr əldə etmişlər.
    Adları aşağıda qeyd olunan tələbələrin II semestr imtahanlarında 90-baldan yüksək nəticə göstərdiklərini nəzərə alaraq,"Masallı Təhsil Fondu" onların hər birini ürəkdən təbrik edir,can sağlığı və təhsildə uğurlar arzulayır.

    1. Məmmədli Fatimə Əli qızı-ADPU-ibtidai sinif müəllimliyi - III kurs-95.3 bal

    2.Cəbrayılova Səkinə Rafiq qızı - BDU-fransız dili müəllimliyi - IV kurs-94.5 bal

    3. Qasımov Rəvan Nəsimi oğlu - ARPYDİA - hüquqşunas - III kurs - 93.4 bal

    4. Rəfiyeva Nərmin Ağa qızı-BSU-ibtidai sinif müəllimliyi - III kurs-93.2 bal

    5. Ağayeva Aytac Cəbrayıl qızı-BDU-azərbaycan dili/ədəbiyyat müəllimliyi-III kurs - 91.1 bal

    6. Əsədzadə Lalə Anar qızı-ADPU-azərbaycan dili/ədəbiyyat müəllimliyi - III kurs-91 bal

    7. Süleymanova Nigar Nicat qızı-ADPU-azərbaycan dili/ədəbiyyat müəllimliyi - II kurs-90.5 bal

    "Masallı Təhsil Fondu"nun direktoru: Hüseyn Hüseynov

    "Masallı Təhsil Fondu"nun əməkdaşı: Rəmzi Şahverdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR