Azərbaycan Dövlət Gömrük Komitəsi bu yaxınlarda məlumat verib ki, bu ilin birinci yarısında respublika ilə Rusiya arasında ticarət dövriyyəsi təxminən qırx faiz artıb. Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında İtaliya və Türkiyədən sonra üçüncü yeri tutub. Eyni zamanda, məhsulları Azərbaycanın idxal etdiyi ölkələr arasında Rusiya Federasiyası liderlik edir. 2022-ci ilin sonunda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ticarət dövriyyəsi 4 milyard dollara yaxınlaşıb. Bu, o deməkdir ki, Rusiya strateji iqtisadi tərəfdaş kimi Azərbaycana arxalanır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.