AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan neftinin Xorvatiyaya ixracının həcmi açıqlanıb

  • + A
  • - A
  • 28-08-2023, 12:37

    Azərbaycan neftinin Xorvatiyaya ixracının həcmi açıqlanıb

    Bu ilin yanvar-iyul aylarında Azərbaycan Xorvatiyaya 538,32 min ton xam neft və neft məhsulları ixrac edib ki, bu da Azərbaycandan ümumi xammal ixracının 3,46 faizini təşkil edir. İllik hesablamada bu göstərici 1,16 faiz və ya 6,34 min ton azalıb.

    Göstərilən dövrdə Azərbaycan neftinin və neft məhsullarının Xorvatiyaya ixracının dəyəri 306,509 milyon ABŞ dolları təşkil edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 37,54 faiz və ya 184,231 milyon dollar azdır.

    Azadmedia az xatırladır ki, ümumilikdə 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan 15,54 milyon tona yaxın neft və neft məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə (16,414 milyon ton) 5,33 faiz azdır. Dəyər ifadəsində neft ixracı 9,444 milyard dollardan çox olub ki, bu da 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 23,82 faiz və ya 2,952 milyard dollar azdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR