AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yaponiyada bütün Toyota zavodlarının işi dayandırılıb - SƏBƏB

  • + A
  • - A
  • 29-08-2023, 09:15

    Yaponiyada  bütün Toyota zavodlarının işi dayandırılıb - SƏBƏB

    NHK: Yaponiyada 14 Toyota zavodundan 12-si nasazlıq səbəbindən bağlanıb

    Yaponiyada Toyota Motor Şirkətinin 14 fabrikindən 12-si nasazlıq səbəbindən fəaliyyətini dayandırıb. Azadmedia.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

    Onun sözlərinə görə, yalnız iki müəssisə fəaliyyətini davam etdirir - Fukuoka və Kioto prefekturalarında.

    Eyni zamanda, hadisənin dəqiq səbəbləri göstərilmir, lakin söhbət sistemin nasazlığından gedir. Avtomobil konserninin zavodlarının işinin nə vaxt bərpa ediləcəyi hələlik məlum deyil.

    İyulun 10-da bildirilib ki, Yaponiyada yağan güclü leysan yağışlarından sonra Toyota Motor konserni Kyuşu adasında yerləşən üç fabrikin işini dayandırıb. Daihatsu avtomobillərinin istehsalı da orada dayandırılıb.

    Bundan əvvəl məlum olub ki, Yaponiyanın ən böyük avtomobil istehsalçısı “Toyota Motor” güclü zəlzələ səbəbindən işini müvəqqəti dayandırmaq qərarına gəlib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR