Jurnalist Süleyman İsmayılbəyli Azərbaycan Beynəlxalq Bankının vətəndaşların cibinə girdiyini iddia edib. Azadmedia.az xəbər verir ki, o bu barədə facebook sosial şəbəkədə şəxsi hesabında yazıb. Jurnalistin yazısını təqdim edidik:
"Azərbaycan Beynəlxalq Bankı (ABB) qurumun sabiq rəhbəri, korrupsioner Cahangir Hacıyevin dövlətə vurduğu milyonlarla dollar ziyanı deyəsən müştərilərindən çıxarmağa üstünıük verib. Necə? İndi mən deyim.
Deməli bank sektoruna qara ləkə olan Beynəlxalq Bankdan 22 faizlə kredit götürmüşəm. Hər ay da qrafik əsasında qeyd edilən tarixdə kreditimi ödəmişəm. Hətta hər ayın eyni tarixində qrafikdən kənar da ödəməm olub ki, borcumu vaxtın tez bağlayım. Son aylarda bank başlayıb maşennikliyə, sözün əsl mənasında cibimə girməyə. Deməli, avqust ayının 11-də qrafik və qrafikdən kənar ödəməmi etdikdən sonra banka 805 manat borcum qalmışdı. Bu gün isə həmin borc 816 manat olub. Baxmayaraq ki, yuxarıda qeyd etdiyim kimi kreditimi hər ay vaxrında ödəmişəm. Qarşı tərəf isə iddia edir ki, bizim hesablamamız belədir. Adamı başa sala bilmirəm ki, siz mənə 22 faizlə kredit vermisinizsə, yenidən nə üçün əlavə pul hesablayırsınız? Sualın cavabı isə belə oldu. Bizim hesablamamız belədir. Sizin hesabınıza da, kitabınıza da......
Siz cəngəllik qanunu ilə işləyirsiniz? Hər ay sizdən kredit götürmüş vətəndaşın cibinə girib əlavə 11-15 manat pul oğurlamaq hansı hesabda, kitabda var?
Buradan dostlara, vətəndaşlara müraciət edərək bildirmək istəyirəm ki, Azərbaycan Beynəlxalq Bankı cibə girəndir. Onun hər hansı xidmətlərindən istifadə etməkdən imtina edin. ABB konkret Sizin cibinizə girir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.