İƏT Komissiyası Ermənistanın hərbi təcavüzündən zərər çəkmiş Azərbaycan ərazilərində yoxlamaları davam etdirir. Bu gün nümayəndə heyəti Gəncə şəhərinə gəlib.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İnsan Hüquqları üzrə Müstəqil Daimi Komissiyası üçüncü gündür ki, Azərbaycandadır.Bu gün komissiyanın sədri Məhəmməd Laval Süleymanın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncəyə səfərə gəlib.
Nümayəndələr Gəncədə raket zərbələri nəticəsində ziyan dəymiş ərazilərə baş çəkəcək, erməni tərəfinin dağıddığı Azərbaycan məscidlərinə və mədəniyyət abidələrinə baxacaq, zərərçəkmiş sakinlərlə görüşlər keçirəcək, həmçinin aparılan bərpa işləri ilə tanış olacaqlar.
İƏT Komissiyası işğal və raket zərbələri qurbanları haqqında məlumat toplayacaq, ərazinin monitorinqinin nəticələrinə dair hesabat tərtib edəcək, sonra isə toplanmış məlumatları dünya ictimaiyyətinə təqdim edəcək.
Xatırladaq ki, nümayəndə heyəti Azərbaycana sentyabrın 2-də gəlib və sentyabrın 6-dək ölkədə qalacaq. İƏT nümayəndələri artıq Ağdam və Füzuli rayonlarına səfər edib, burada da Azərbaycan ərazilərinin işğalçılarının vandalizmdən dəymiş ziyanı qiymətləndiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.