AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsveçrə şirkətləri Qarabağın bərpasında iştirak edəcək

  • + A
  • - A
  • 6-09-2023, 11:23

    İsveçrə şirkətləri Qarabağın bərpasında iştirak edəcək

    Bir sıra İsveçrə şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazır olduqlarını bildiriblər. Azadmedia.az xəbər verir ki, bu barədə İsveçrənin Azərbaycandakı müvəqqəti işlər vəkili Aleksandr Hoffet İsveçrənin milli bayramına həsr olunmuş tədbirdə bildirib.

    “İsveçrə şirkətləri artıq Azərbaycanda uğurla fəaliyyət göstərir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bizim bazarda çoxdandır. İsveçrə şirkətləri Qarabağın yenidən qurulmasında istifadə etmək üçün öz qabaqcıl texnologiyalarını Azərbaycana verməyə hazırdırlar”, - Hoffet bildirib.

    Hoffet Azərbaycan ilə İsveçrə arasında ticarət dövriyyəsində nəzərəçarpacaq artım olduğunu vurğulayıb.

    “Pandemiyadan sonra birgə iqtisadi komissiyamız nəhayət ki, görüşə bildi. Bununla belə, qeyd etmək lazımdır ki, real potensial hələ əldə olunmayıb”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR