AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya İran və Azərbaycanla Ermənistan və İrana elektrik enerjisinin ixracını müzakirə edir

  • + A
  • - A
  • 11-09-2023, 11:10

    Rusiya İran və Azərbaycanla Ermənistan və İrana elektrik enerjisinin ixracını müzakirə edir


    Rusiyanın energetika naziri Nikolay Şulqinov bildirib ki, Moskva Tehran və Bakı ilə mövcud infrastrukturdan istifadə etməklə 300 MVt elektrik enerjisinin Azərbaycandan keçməklə Ermənistana və daha sonra İrana ixracı imkanları ilə bağlı danışıqlar aparır. Azadmedia.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.

    Nazirin sözlərinə görə, Rusiya tərəfi indi sadəcə olaraq, Azərbaycan ərazisi vasitəsilə Ermənistana, daha sonra İrana, daha sonra isə, ola bilsin, başqa ölkələrə elektrik enerjisinin çatdırılması imkanlarını nəzərdən keçirir. Şulqin qeyd edib ki, birinci mərhələdə Moskva Tehran və Bakı ilə yeni tikintiyə əl atmadan mövcud enerji infrastrukturundan istifadə etmək barədə razılığa gəlir.

    Nazir layihənin bütün iştirakçılarının onun həyata keçirilməsində maraqlı olduğunu vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR