AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həftənin ilk “Açıq mikrofon” aksiyası Ucar rayonunun Şahlıq kəndində keçirildi

  • + A
  • - A
  • 11-09-2023, 20:12

    Həftənin ilk “Açıq mikrofon” aksiyası Ucar rayonunun Şahlıq kəndində keçirildi

    Abonentlərin qaz təchizatında üzləşdiyi problemlərin həlli, həmçinin irad və təkliflərin dinlənilməsi istiqamətində SOCAR “Azəriqaz” İB-nin həyata keçirdiyi “Açıq mikrofon” aksiyası həftənin ilk iş günündə Ucar rayonunda baş tutub. Şahlıq kəndində təşkil olunan “Səyyar qəbul otağı”nda çıxış edən sakinlərin istəkləri eyniyönümlü olub. Daha dəqiq desək, mikrofon önünə çıxan aksiya iştirakçıları fərdi yaşayış evilərinə qaz xəttinin çəkilməsini xahiş ediblər. Vətəndaşlara məlumat verilib ki, “SOCAR” “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir. Ağsu RQİİ-nin rəhbər şəxsləri aksiyada səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR