Litvanın ardınca gələn Latviya da rus maşınlarını aparacağına söz verdi
Sentyabrın 12-dən etibarən Latviya Gömrük İdarəsi Rusiyada qeydiyyatda olan avtomobillərin Belarus sərhədindən keçirilməsinə qadağa qoyub. Azadmedia.az bu barədə RİA Novosti idarənin mətbuat xidmətinə istinadən xəbər verir.
“Avropa Komissiyasının dəqiqləşdirmələrinə və Xarici İşlər Nazirliyinin rəyinə uyğun olaraq, Dövlət Gəlirləri Xidməti bildirir ki, bu gündən, sentyabrın 12-dən Latviyanın Rusiya və Belarusla sərhədində Rusiya Federasiyasında qeydiyyatda olan nəqliyyat vasitələrinə malik şəxslərin sərhəd-keçid məntəqələri vasitəsilə Avropa İttifaqına daxil olması qadağandır”, - nəşr yazır.
Həmçinin bildirilir ki, daxil olanlar Rusiya və ya Belarusa qayıtmaqdan imtina edərlərsə, avtomobil müsadirə olunacaq.
Sentyabrın 10-da Avropa İttifaqı ruslara şəxsi avtomobil, smartfon və kosmetika idxalını qadağan edib, çünki müvafiq hərəkətləri idxal hesab edir. Məhdudiyyətlərə həmçinin qiymətli daşlar, tualet kağızı, şampunlar, diş məcunları, yüklərin daşınması üçün qoşqu və yarımqoşqular, yaxtalar və kameralar daxildir.
Finlandiya Avropa İttifaqının rusiyalı turistlərin Rusiyada qeydiyyatda olan avtomobillərlə ölkəyə girişinə qadağa qoyulmasını tövsiyə edən sənədinə əməl etməyib.
Xarici İşlər Nazirliyinin sanksiyalar departamentinin rəhbəri Pia Sarivaara bildirib ki, mətbuatda Rusiya dövlət nömrə nişanlı avtomobillərin Finlandiya ərazisinə daxil ola bilməyəcəyi və ya müsadirə ediləcəyi ilə bağlı səs-küylü xəbərlər həqiqətə uyğun deyil.
Litva Daxili İşlər Nazirliyi də gömrükdə rusların avtomobillərini müsadirə etməyə hazır olduğunu açıqlayıb.
Qeyd edək ki, Rusiya vətəndaşlarının avtomobillərinin ölkəyə girişinə qadağa hələ Avropa Komissiyasının dəqiqləşdirməsindən əvvəl də qüvvədə olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.