AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hökumət 5 il öncə 30 dəfə qaldırdığı rüsumu azaltmaq istəyir

  • + A
  • - A
  • 17-09-2023, 14:04

    Hökumət 5 il öncə 30 dəfə qaldırdığı rüsumu azaltmaq istəyir

    Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yazır...

    2018-ci ilədək ölkəmizdə mobil cihazların qeydiyyat rüsumu 5 manat olub.
    Lakin Nazirlər Kabinetinin 31 iyul 2018-ci il 336 saylı qərarı ilə bu rüsum 30 dəfəyədək qaldırılıb və telefonun qiymətindən asılı olaraq 20 manat -150 manat arasında müəyyən edilib.

    İndi isə hökumət şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun məbləğlərini azaltmaq istəyir.

    Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə bu məsələ müzakirə edilib .

    Lakin qeydiyyat rüsumlarının təxminın 25-30 faiz endirilməsi nəzərdə tutulub.
    Təkliflər yalnız qanun qəbul edildikdən sonra qüvvəyə minəcək.

    Görəsən dünyada tariflər, rüsumlar sahəsində hökumətlərin bu tip addımları olubmu?
    Rüsumları 30 dəfə qaldırıb yarım dəfə endirməyin adını görəsən nə qoymaq olardı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR