Həştərxanda səkkizinci Xəzər Media Forumu 2023 öz işinə başlayıb.
Bu il onun iştirakçıları Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın nümayəndələridir.
Forumun mövzusu “İctimai diplomatiya və sosial media xalqları bir-birinə yaxınlaşdıran amil kimi”dir. İştirakçılar Xəzər regionunda xalq diplomatiyasının vəziyyətini və perspektivlərini təhlil edəcək, qabaqcıl təcrübələri təqdim edəcək, həmçinin yeni müvafiq qarşılıqlı fəaliyyət kanallarını tapacaqlar.
Bu irimiqyaslı beynəlxalq tədbirdə tanınmış jurnalistlər, ekspertlər, alimlər, politoloqlar, ictimai rəy liderləri, dövlət orqanlarının nümayəndələri iştirak ediblər. Forumda informasiya əməkdaşlığının geniş spektri, o cümlədən Xəzər regionu məsələləri müzakirə olunacaq.
Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin açılış nitqində qeyd etdiyi kimi, Azərbaycanın Baş naziri Əli Əsədov ilə görüşdə qarşılıqlı ticarətin inkişaf perspektivləri, sənaye, gəmiqayırma və logistika sahələrində əməkdaşlığın artırılması müzakirə olunub.
Onun sözlərinə görə, Rusiya regionu öz qonşuları, o cümlədən Azərbaycan Respublikası ilə sıx, mehriban qonşuluq münasibətləri inkişaf etdirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.