Erməni işğalından azad edilən Cəbrayıl şəhərinin enerji təchizatı energetiklər tərəfindən xüsusi hazırlanmış yeni yeraltı sxem üzrə həyata keçiriləcək.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib ki, işğaldan azad edildikdən sonra yenidən qurulan Cəbrayılda şəhər üçün xüsusi olaraq hazırlanmış yeni enerji təchizatı sxemindən istifadə olunacaq: onun əsasını təcrid olunmuş yüksək gərginlikli yeraltı xətt təşkil edəcək.
“Ənənəvi quru xətləri olmayacaq, elektrik enerjisi təcrid olunmuş yeraltı xətt vasitəsilə həyata keçiriləcək”
- deyən Vaqif Aydınoğlunun məlumatına görə 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyası təkcə eyniadlı şəhəri deyil, həm də Zəngilan, Qubadlı rayonları və Hadrut kəndini elektrik enerjisi ilə təmin edəcək. Cəbrayıl şəhər yarımstansiyası qovşaq rolunu oynayacaq və o, həm mərkəzləşdirilmiş, həm də avtonom rejimdə işləyə biləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.