AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tikintiyə icazə sənədi olmayan yeni qazlaşdırılan fərdi yaşayış evləri qazpaylayıcı şəbəkəyə qoşulmayacaq

  • + A
  • - A
  • 6-10-2023, 19:28

    Tikintiyə icazə sənədi olmayan yeni qazlaşdırılan fərdi yaşayış evləri qazpaylayıcı şəbəkəyə qoşulmayacaq

    “Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi müvafiq Qanunla “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilib. Qanuna əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Bu Qanun 2023-cü ilin oktyabr ayının 1-dən qüvvəyə minir”. Bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib. Şöbə rəisinin sözlərinə görə Qanuna əsasən vətəndaşlar fərdi qazlaşma ilə əlaqədar müraciət etdikdə ilk növbədə fərdi yaşayış evinin və ya tikilinin tikintiyə icazə sənədinin olmasına diqqət yetirməlidilər. “Fərdi yaşayış evinin mülkiyyət hüququnu təsdiq edən sənəd, yəni, çıxarış (qazlaşacaq tikilinin) varsa, o sənəd də qəbul ediləcək. Vətəndaşlara tövsiyəmiz ondan ibarətdir ki, tikintiyə icazə sənədinin və mülkiyyət hüququnu təsdiq edən sənədin əldə olunmasını diqqətdə saxlasınlar. Bakı şəhərinin inzibati ərazisində tikilən obyektlər üzrə tikintiyə icazə sənədinin verilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən, digər şəhər və rayonlar üzrə isə bu sənədin alınması üçün müvafiq yerli icra hakimiyyəti orqanlarına müraciət edilməlidir” -, deyə qurum rəsmisi qeyd edib.
    Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev isə ötən ay sözügedən şöbəyə daxil olan müraciətlərin sayını açıqlayıb. Onun sözlərinə görə, ötən ay müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 888 müraciət daxil olub. “Müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin qazlaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması, sayğacın quraşdırılması, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub” -, deyə şöbə rəisi əlavə edib. Daha sonra görüş jurnalistlərin suallarının cavablandırılması ilə davam edib.

    Ətraflı video materialda:




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR