Azərbaycan prezidenti İlham Əliyev Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, layihənin layihələndirilməsi və həyata keçirilməsi üçün Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılıb.
Bu məqsədlər üçün vəsait 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan ayrılacaq.
Bundan əlavə, İqtisadiyyat Nazirliyinə 2024-cü il dövlət büdcəsi layihəsində stadionun yenidən qurulması işlərinin başa çatdırılması üçün vəsaitin (dövlət əsaslı vəsait qoyuluşları çərçivəsində) nəzərdə tutulması tapşırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.