Özbəkistan Rusiyadan hər il 2,8 milyard kubmetr qaz almaq niyyətindədir. Bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədov məlumat verib.
Xatırladaq ki, Özbəkistanın Energetika Nazirliyi bundan əvvəl Rusiyadan təbii qazın idxalına başlamaq üçün infrastrukturun hazır olduğunu açıqlamışdı.
Bildirilir ki, Qazaxıstan qaz çəkilişi üçün infrastrukturun hazırlanması işlərini oktyabrın sonunadək başa çatdıracaq.
Həmçinin Rusiya prezidenti Vladimir Putin Özbəkistan və Rusiya arasında 28 milyard dollarlıq birgə iqtisadi layihələrin həyata keçirildiyini açıqlayıb.
Putinin sözlərinə görə, Rusiya Özbəkistan iqtisadiyyatına da əsas investordur, burada Rusiyanın iştirakı ilə üç mindən çox müəssisə var. Rusiyanın Özbəkistandakı investisiyalarının ümumi həcmi 13 milyard dollardan çox olub.
Rusiya prezidenti həmçinin qeyd edib ki, hazırda ümumi dəyəri 28 milyard dollar olan yüzə yaxın birgə iqtisadi layihə hazırlanır və ya həyata keçirilməyə başlanır. O, həmçinin vurğulayıb ki, Rusiya və Özbəkistan aktiv şəkildə maliyyə əməliyyatlarında milli valyutalardan istifadəyə keçir və bank əməkdaşlığı üçün davamlı kanalları fəal şəkildə inkişaf etdirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.