Azərbaycanın AZAL şirkəti yaxın vaxtlarda yenidən Bakı ilə Təl-Əviv arasında uçuşlara başlayacaq. Təyyarələr çərşənbə axşamı, oktyabrın 10-da İsrailin paytaxtına yola düşəcək.
Mətbuat xidməti İsrailə uçuşlarla bağlı vəziyyətdə hər hansı dəyişiklik olarsa, sərnişinləri xəbərdar edəcəklərini əmin edib.
Azadmedia.az xatırladadır ki, Fələstinin Həmas qruplaşmasının hücumundan sonra İsrailə hava hərəkəti dayandırılmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.