Çoxsaylı müraciətlərə cavab olaraq Azadmedia.az bildirir ki, zədələnmiş və tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi Mərkəzi Bankın Nağd pul ofisləri tərəfindən həyata keçirilir.
Mərkəzi Bankın məlumatına görə, vətəndaşlar AMB-nin Bakı şəhəri, Bülbül prospekti 27 ünvanındakı inzibati binasında yerləşən xidmət ofisinə (saat 10:00-13:00-dək), eləcə də Naxçıvan, Yevlax, Gəncə, Biləsuvar, Quba şəhərlərində yerləşən ərazi idarələrinə (saat 10:00-16:00-dək) milli pul nişanlarının, o cümlədən tədavülə yararsız pul nişanlarının dəyişdirilməsi və ya ekspertizaya təqdim edilməsi üçün müraciət edə bilərlər.
Milli pul nişanlarının dəyişdirilməsi ödənişsiz əsasda aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.