Türk lirəsi bu gün dollar qarşısında tarixi minimuma düşüb. Hərracda 1 dolların məzənnəsi 28 lirəni keçib.
Türkiyə valyutası ucuzlaşmaqda davam edir. Bazar ertəsi ticarət zamanı dollar ilk dəfə 28 lirəni ötüb.
Səhər ticarəti dollar-lirə məzənnəsindəki artımla açılıb, cümə günü sessiya bir ABŞ dolları üçün 27,54 lirə ilə başa çatıbsa, bazar ertəsi səhər məzənnəsi 28,11 lirəyə yüksəlib. Türkiyə valyutası ilk dəfədir ki, ABŞ dolları qarşısında bu qədər aşağı məzənnəyə çatıb.
Bu ilin əvvəlindən lirə davamlı olaraq zəifləyir. Avqust ayı Türkiyə milli valyutasının iyul ayı məzənnəsinə nisbətən dayana bildiyi və hətta bir az gerilədiyi müstəsna bir ay idi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.