Zəngəzur dəhlizi Cənubi Qafqazın bütün dövlətlərinin iqtisadi inkişafına töhfə verəcək. Bunu RBC-yə müsahibəsində Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin deyib.
Onun sözlərinə görə, bu halda Ermənistan təkcə Azərbaycanla deyil, Türkiyə və Rusiya ilə də nəqliyyat əlaqələrini gücləndirəcək və genişləndirəcək.
“Azərbaycanın ölkənin iki bölgəsi arasında fasiləsiz nəqliyyat əlaqəsi yaratmaq imkanı olacaq. Cənubi Qafqazda vəziyyətin ümumi sabitləşməsi Ermənistan və Azərbaycan arasında gələcək üçün etimad əsaslarının möhkəmlənməsinə xidmət edəcək. Beləliklə, biz üçtərəfli işçi qrupu çərçivəsində bu məsləhətləşmələri daha da inkişaf etdirmək əzmindəyik”, - Qaluzin qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.