Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousov ilə görüşüb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə nəqliyyat-logistika sektorunda əməkdaşlığın perspektivləri, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin icrası və gəmiqayırma sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.