Azərbaycanın Energetika Nazirliyinin rəhbəri Pərviz Şahbazov cümə axşamı Rusiya baş nazirinin müavini Aleksandr Novak ilə Rusiya neftini geri qaytarmaq üçün Bakı-Tixoretsk neft kəmərinin genişləndirilməsi imkanlarını müzakirə edib. Bu barədə Rusiya hökumətinin saytı məlumat yayıb.
Məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında neft-qaz, elektrik enerjisi və nüvə sektorlarında əməkdaşlığın genişləndirilməsi məsələlərini qaldırıblar.
“Danışıqların gündəliyinə Rusiya neftinin Azərbaycana əks tədarükü üçün Tixoretsk-Bakı neft kəmərinin genişləndirilməsi imkanları, habelə idxalı əvəzləmə siyasəti çərçivəsində Rusiya və Azərbaycan şirkətləri arasında texnoloji əməkdaşlığın qurulması perspektivləri daxildir”, - Rusiya hökuməti qeyd edib.
Qeyd edək ki, görüş Moskvada keçirilən “Rusiya Enerji Həftəsi” forumu çərçivəsində baş tutub.
Bundan əvvəl qaz layihələrinin həyata keçirilməsi və neft sahəsində əməkdaşlıq məsələlərini Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Rusiya Energetika Nazirliyinin rəhbəri Nikolay Şulqinov müzakirə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.