İstanbuldan gələn təyyarə əlverişsiz hava şəraiti səbəbindən Kazana enə bilməyib. Təyyarə Domodedovo hava limanına enməyə məcbur olub.
Tatarıstanın paytaxtının hava limanının rəsmi nümayəndəsi Adel Qataullin bildirib ki, İstanbuldan Kazana uçan PC 370 reysi Kazan hava limanında hava şəraiti - saniyədə 20 metrə çatan küləyin əsməsi səbəbindən Moskvanın alternativ aerodromuna (Domodedovo) gedib.
Tatarıstanda küləyin sürəti 25-28 m/s olan fırtına xəbərdarlığı elan edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.