AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Enerji keçidi - Yerimizdə sayırıq

  • + A
  • - A
  • 18-10-2023, 20:25

    Enerji keçidi - Yerimizdə sayırıq

    Enerji keçidi prosesi Rusiya-Ukrayna müharibəsindən sonra daha da sürətlənib. Bir çox inkişaf etmiş ölkələr alternativ enerji mənbələrinə investisiyaları daha da artırıb və bu səbəbdən enerji keçidi - ənənəvi enerji daşıyıcılarının hökmran mövqeyini itirməsi prosesi daha da sürətlənib. Bu proses başa çatanda ənənəvi enerji daşıyıcılarına tələb azalacaq və bu da öz növbəsində enerji resurslarının daha az gəlir gətirməsinə səbəb olacaq.

    Digər tərəfdən, Azərbaycanın neft hasilatı da ilbəil azalır. 2012-2022-ci illər ərzində Azərbaycanın illik neft hasilatı 30 faizə yaxın azalıb və azalma tendensiyası davam edəcək. Nə qədər son illərdə qeyri-neft sektorunun inkişafından danışsaq da, hələ də ölkəni ixracının 90, büdcə gəlirlərinin 50 faizi neft-qaz sektoru hesabına formalaşır. İnsanlar arasında nə qədər “neftin pulu xalqa çatmır” fikri yayğın olsa da, büdcədən maaş və ya pensiya alan insanların aldığı hər iki manatdan biri neft-qaz gəlirləri hesabına təmin edilir.

    Sabah-birigün bu gəlirlər azalanda başımızın çarəsinə necə baxacağıq? Ölkənin qeyri-neft ixracından əldə etdiyi gəlir idxalın yarısına belə bəs etməyəcək qədərdir. Bu baxımdan, həm hökümətin büdcə öhdəliklərini icra etməsi üçün, həm də manatın məzənnəsi üçün hazırda enerji gəlirləri həlledici rol oynayır.

    Dünya Bankının Azərbaycan iqtisadiyyatı ilə bağlı apardığı uzunmüddətli artım simulyasiyasına görə, “Azərbaycanda əhalinin artım tempi azalmaqda və əhali yaşlanmaqdadır. Ölkə karbohidrogen ehtiyatlarının tükənməsi ilə üzləşir. Aktivlərin şaxələnməsi lazımi səviyyədə deyil və qeyri-neft/qaz sektorunun artıma töhfəsi məhduddur”.

    Həmin simulyasiyaya görə, hökümət yuxarıdakı problemləri həll etməsə 2024-2050-ci illərdə Azərbaycanın orta illik iqtisadi artımı 0.5% təşkil edəcək. Bu isə, ən yaxşı halda yerimizdə saymağımız deməkdir.
    Məqalə Çəpəki teleqram kanalından ixtisarla götürülüb. Ekspertlərin iştirakı ilə mövzuya qayıdacağıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR