Azəriqaz İstehsalat Birliyi ilə Gəncə Cihazqayırma zavodu arasında müqavilə imzalandı. Azəriqaz İB-nin inzibati binasında baş tutan imzalama mərasimində birliyin və zavodun əməkdaşları, jurnalistlər iştirak edib.
Azəriqaz İB sədri Ruslan Əliyev bildirib ki, sayğacın xarici ölkəyə yoxlamaya getməsi, təmir və digər səbəblərdən ləngimə olurdu, bu da abonentləri narazı salır, imicə ziyan gəlirdi. Bəzən təmir edilmiş sayğaclar yolda zədələnməyə məruz qalırdı. İndisə uzağı 5 saata sayğaclar təmir olunacaq. 20-25 fazi sayğac istehsala qayıdırdı. Amma Gəncə ilə əməkdaşləqdan sonra bu rəqəmi 70-80 faizə çatdırmaq niyyətindəyik
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.