Azəriqaz İstehsalat Birliyi qazlaşma faizini açıqıadı. Qurumdan Azadmedia.az-a verilən məlumata görə cari ildə ölkə üzrə 150 kənd və yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Bu günə qədər 110 ünvanda işlər davam etdirilir, tamamlananı da var. Digər kənd və yaşayış massivlərində isə noyabr ayından etibarən işlərin başlaması nəzərdə tutulur.
Hazırda qazlaşma faizi 96.4% təşkil edir.
Cari ildə çəkilmiş müxtəlif qaz xətlərinin uzunluğu 323 km, qaz təchizatının yaxşılaşdırılması məqsədilə yenilənən qaz xətlərinin uzunluğu isə 229 km-dir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.