Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-ci ilin avqust ayında Azərbaycana gətirilən malların 9 faizinin rəsmiləşdirilməsinə 15 gündən çox vaxt lazım olub.
Məhsullarının 14 faizinin rəsmiləşdirmə müddəti 5-15 gün arasında olub. Məhsulların daha 11 faizinin rəsmiləşdirilməsi 3-5 gün aralığında baş tutub. Yəni, ümumilikdə ölkə gömrüyünə gələn malların 35 faizinin rəsmiləşdirilməsi üç gündən çox vaxt tələb edib.
Məhsulları ən uzun müddət gözlədən gömrük idarəsi isə Biləsuvar Gömrük idarəsidir. Burada məhsulların 26 faizinin rəsmiləşməsi üçün 15 gündən çox vaxt sərf edilib.
Qeyd: Məqalədə Çəpəki teleqram kanalının məlumatıından istifadə olunub
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.