“Lənkəran rayonunun Separadi kəndində yaşayıram. İstifadə etdiyim təbii qaza görə borcum yaranıb. Sizdən borcumun hissə-hissə ödəməyimə şərait yaratmağınızı və evimə qazın verilişini bərpa etməyinizi xahiş edirəm”. Bu sözləri Həsrət Rzayev SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində Lənkəran rayonunda sakinlərlə keçirilən görüş zamanı bildirib. Səsləndirilən müraciətlə bağlı Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən müvafiq tapşırıq verilib və dərhal abonentə köməklik göstərilib. Aksiyaya rayonun Parakənd kəndindən üz tutan Ehtiram Əliyev isə qaz xəttinin yerinin dəyişdirilməsini xahiş edib. Həmçinin Sütəmurdov, Şağlaküçə kəndlərindən üz tutan sakinlərin də müraciətləri dinlənilib, vətəndaşlara lazımi izahatlar verilib. Görüş yekunlaşdıqdan sonra Regional İdarənin rəhbər şəxsləri Lənkəran rayonunun Şıxakəran kənd sakini, şəhid anası Ramizə Nurullayevanın müraciəti əsasında şəhid ailəsini ziyarət ediblər. Mənzildaxili qaz xətlərinin tikinti norma və qaydalarına uyğun çəkilməsi ilə bağlı ünvanlanan müraciətin icrası ilə bağlı yerində tapşırıq verilib. Birlik əməkdaşları qısa müddət ərzində ünvanlanan müraciətin icrası ilə bağlı işə başlayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.