Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqazın ən böyüklərindən biri olan Sumqayıt Kimya Sənaye Parkında olub, burada məhsulları Rusiya bazarında gözlənilən yeni müəssisələrin açılışı və təməlqoyma mərasimlərində iştirak edib. Qeyd edək ki, park 2011-ci ildə yaradılıb və Azərbaycanda ilk sənaye parkıdır.
Sənaye parkının ərazisində neft-kimya və digər prioritet sahələr üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. Parkda ümumi sərmayəsi 5,8 milyard manata yaxın, yəni 3 milyard dollardan çox olan 38 sahibkarlıq subyekti rezident statusu alıb.
Parkda istehsal olunan məhsullar Türkiyə, Rusiya, Ukrayna, Belarus, Çin, İtaliya, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə ixrac olunur.
Səfər zamanı dövlət başçısı yenidən qurulan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə də tanış olub, Sumqayıt şəhər xəstəxanasının yeni binasının açılışında iştirak edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.