Qapımızın kandarında dayanan qış fəsli təxminən 2 aydan sonra ölkəmizə təşrif buyuracaq. Soyuq ayların iliyə işləyən şaxtası SOCAR “Azəriqaz” İstehsalat Birliyi sayəsində bu ildən etibarən Qobustan rayonunun Sədəf kəndinin sakinləri üçün elə də dondurucu olmayacaq. Çünki adıçəkilən kənddə aparılan qazlaşma işlərində artıq son tamamlanma işləri həyata keçirilir. Görülən və görüləcək işlərin həcmini isə prosesə cavabdeh olan ustanın dilindən eşidək Birliyin həyata keçirdiyi qazlaşma işləri Şamaxı rayonunun Çuxuryurd kəndində də davam edir. Ancaq Sədəf kəndindən fərqli olaraq burada genişlənmiş ərazinin qazlaşdırılması işləri aparılır. Təxminən 30-a yaxın fərdi yaşayış evini “mavi yanacaq”la təchiz edəcək qaz xəttində son tamamlanma işləri görülür. Qeyd edək ki, SOCAR “Azəriqaz” İB-nin bölgələrdə həyata keçirdiyi qazlaşma işləri plana uyğun olaraq mərhələli şəkildə yerinə yetirilir. Ətraflı video materialda: