SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası bu dəfə Cəlilabad rayonunda fəaliyyət göstərən sahibkarlar üçün təşkil olunub. "Səyyar qəbul otağı"nı giriş sözü ilə Lənkəran RQİİ-nin rəisi açıq elan etdikdən sonra KOBİA-nın nümayəndəsi ölkədə sahibkarlığın inkişafı istiqamətində hər zaman dəstəyin göstəriləcəyini bildirib. Daha sonra mikrofon sahibkarların ixtiyarına verilib. Kamera önünə çıxanlar uçotu pozulmuş təbii qaz sərfiyyatının silinməsi və dövri yoxlama müddəti çatmış sayğaca dövlət yoxlamasından sonra verilən rəyin yenidən araşdırılması ilə bağlı olub. Sahibkarlarla yanaşı, sakinlərin də ünvanladığı müraciətlər Lənkaran RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydiyyata alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.