AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Banka kredit borcu olanların cinslər üzrə sayı

  • + A
  • - A
  • 30-10-2023, 11:18

    Banka kredit borcu olanların cinslər üzrə sayı

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hesabatında bank sektoru ilə bağlı orijinal bir rəqəm paylaşılıb. Azadmedia.az xəbər verir ki, hesabatda ölkədə banka kredit borcu olanların cinslər üzrə sayı qeyd edilib.

    Məlum olur ki, bu il yanvarın 1-də:

    Banka borcu olan qadınların sayı – 1.038.373 nəfər

    Banka borcu olan kişilərin sayı – 1.569.432 nəfər

    Toplam: 2.607.005 nəfərdir.

    Ancaq, onu da nəzərə almaq lazımdır ki, bir adamın bir neçə banka borcu varsa bu siyahıda bir dəfə deyil, borcu olan bankların sayı qədər daxildir. Saya bütün növ kreditlər daxildir.

    Bu baxımdan, ehtimal ki, ölkədə banka borcu olanların sayı 2 milyon nəfərə yaxındır. Bu isə, ölkədə 18+ əhalinin təxminən 25 faizi deməkdir. Göstəricinin nisbətən aşağı olmasının səbəbini rəsmi gəliri olan əhalinin sayının çox olmaması ilə izah etmək olar.
    Qeyd: Məqalədə Çəpəki teleqram kanalından istifadə olunub


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR