AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avtomobillərin saatlıq və günlük icarəsini nəzərdə tutan yeni startap fəaliyyətə başlayır

  • + A
  • - A
  • 31-10-2023, 06:29

    Avtomobillərin saatlıq və günlük icarəsini nəzərdə tutan yeni startap fəaliyyətə başlayır

    Azərbaycanda avtomobillərin saatlıq və günlük icarəsini nəzərdə tutan yeni startap fəaliyyətə başlayır. İstifadəçilər mobil tətbiqdən istifadə etməklə elektrik avtomobillərini icarəyə götürəcəklər.  
    Azadmedia.az xəbər verir ki, bununla bağlı açıqlamada deyilir:

    Yeni startap elektrikli avtomobillərin mobil tətbiq üzərindən dəqiqəlik və saatlıq icarəsinə imkan yaradır. «Kite» mobil tətbiqi vasitəsilə istifadəçilərin elektrikli nəqliyyat vasitələrini icarəyə götürə biləcəklər. Avtomobillərin icarəsindən gəlir avtomobillərdən istifadə müddətinə və qət edilən məsafəyə uyğun olaraq tətbiq vasitəsi ilə hesablanacaq və ödənişlər istifadəçinin əlavə etdiyi bank kartları vasitəsi ilə yanlız onlayn şəkildə həyata keçiriləcək. 

    Startap real fəaliyyətə 2024-cü ilin yanvarından başlayacaq. 20 yaşına çatmış, 2 illik sürücülük təcrübəsi olan istənilən Azərbaycan vətəndaşları bu həlldən istifadə edə biləcək və avtomobili icarəyə götürüb sürə biləcək. 

    Şirkət ilin əvvəlindən etibarən 50 avtomobillə fəaliyyət başlayacaq, daha sonra onların sayı 2000-ə çatdırılacaq. Yeni layihənin icarəyə verəcəyi elektrik avtomobilləri yalnız AYNA-ya həvalə edilmiş  yerüstü dayanacaqlarda dayanacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR