2023-cü ilin üçüncü rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 15 min metrdən çox qazma işi həyata keçirilib. Bu barədə SOCAR məlumat yayıb.
Hesabat dövründə şirkət 2 milyon tona yaxın neft və 2 milyard kubmetrə yaxın qaz hasil edib, neft hasilatında cüzi artım qeydə alınıb. Ümumilikdə ölkədə 7,5 milyon tondan çox neft və 12 milyard kubmetr qaz hasil edilib. Qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz artıb.
Məlumata görə, hesabat dövründə SOCAR dünya bazarlarına 4,4 milyon tondan çox xam neft, Gürcüstan bazarına isə 71 milyon kubmetrə yaxın təbii qaz ixrac edib.
Bildirilib ki, cari dövrdə ölkədən ümumilikdə 5,8 milyard kubmetrdən çox qaz ixrac edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9% artım qeydə alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.