İstanbuldakı Ayasofya məscidinə giriş 15 yanvar 2024-cü il tarixindən etibarən xarici turistlər üçün ödənişli olacaq. Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyənin turizm naziri Mehmet Nuri Ersoy məlumat verib.
2020-ci ilin iyulunda Türkiyə Dövlət Şurası Ayasofyanın muzeyə çevrilməsi ilə bağlı 1934-cü il qərarını ləğv etdi. Bundan dərhal sonra ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan kafedralın məscidə çevrilməsi və burada müsəlmanların ibadətinə başlanması ilə bağlı fərman imzaladığını açıqlayıb. İlk namaz 24 iyul 2020-ci ildə Ayasofyada qılındı. Bundan sonra məscidə giriş bütün ziyarətçilər, o cümlədən turistlər üçün pulsuz oldu. Bundan əvvəl turistlər məscidə muzey abunəsi ilə və ya kassadan bilet alaraq gedə bilərdilər - KİV-in məlumatına görə, 2020-ci ildə əcnəbi üçün bilet 100 lirəyə (təxminən 15 ABŞ dolları) başa gəlir.
"2024-cü il yanvarın 15-dən etibarən xarici turistlər üçün Ayasofya ziyarəti pullu olacaq. Məscidə ibadət etmək üçün gələn Türkiyə vətəndaşları üçün giriş pulsuz olacaq", - nazir yerli mətbuatda yayımlanan brifinqdə deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.