Rusiya Baş nazirinin müavini Aleksandr Novak və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya neft-qaz şirkətlərinin Azərbaycan Respublikasında yeni layihələrdə iştirakını müzakirə ediblər. Bu barədə Rusiya hökuməti məlumat yayıb.
Qeyd olunur ki, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəhbəri ilə görüşüb.
Danışıqların mövzusu onların yanacaq satışı biznesinin genişləndirilməsi, o cümlədən Tixoretsk-Bakı neft kəməri ilə Rusiya neftinin əks tədarükünün artırılması məsələləri olub.
“Danışıqların gündəliyinə Rusiya neft-qaz şirkətlərinin Azərbaycanda yeni hasilat layihələrində iştirakı, ölkədə yanacaq satışı üzrə bizneslərinin genişləndirilməsi, o cümlədən Tixoretsk-Bakı neft kəməri ilə Rusiya neftinin əks tədarükünün artırılması məsələləri daxildir”. Rusiya Nazirlər Kabinetinin bəyanatında deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.