Noyabrın 21-22-də Ankarada ümummilli lider Heydər Əliyevin 100 illiyinə və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş “İş dünyası - 100 ilin zirvəsi 2” biznes forum-sərgisi keçiriləcək. Azadmedia.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası məlumat yayıb.
60-a yaxın kiçik və orta sahibkarlığın (KOB) iştirak edəcəyi biznes forum-sərgi Dərnəyin və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun təşkilatçılığı ilə reallaşacaq.
Tədbirin məqsədi Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, iki ölkənin kiçik və orta biznesi arasında əməkdaşlığın inkişafına kömək etməkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.