Rüsum və yayım haqlarının yığımında cari ilin sentyabr ayında əldə edilmiş yüksək nəticə oktyabr ayında yeniləndi. Bu barədə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Aydın İbadov mətbuata açıqlamasında bildirib. “Agentliyimizin əməkdaşları tərəfindən paytaxt və regionlarda mütəmadi olaraq sahibkarlarla görüşlər keçirilir, onların sualları cavablandırılır, davamlı surətdə maarifləndirmə tədbirləri həyata keçirilir”-deyən sədr ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il demontaj olunan reklamların sayının 20 % azaldığını qeyd edib. “Bu tendensiyanı davam etdirməyə çalışırıq”-deyən İdarə Heyətinin sədri bununla yanaşı qanunvericiliyin tələblərinə cavab verməyən reklamların müəyyən olunması prosesinin də mütəmadi həyata keçirildiyini açıqlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.