Anaklia dərin su limanının yaradılması üzrə işlər həmişəki kimi, heç bir sürpriz olmadan davam edir. Gürcüstan baş nazirinin müavini əmin edib ki, hər şey plan üzrə gedir.
Gürcüstanın ilk dərin su limanı Anaklia layihəsinin icrası planlaşdırıldığı kimi davam edir, bu barədə baş nazirin müavini və iqtisadiyyat nazirinin bəyanatında deyilir.
Onun sözlərinə görə, hazırda layihə hüquqi məsələlərin həlli mərhələsindədir. Gələcək tenderin şərtləri demək olar ki, müəyyənləşib.
Baş nazirin müavini müsabiqənin ən rəqabətli şəraitdə keçiriləcəyinə söz verib.
Davitaşvili əlavə edib ki, əvvəlcədən razılaşdırılmış bütün müddətlər layihənin təkcə hüquqi deyil, həm də investisiya hissəsində yerinə yetirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.