Bu ilin aprelində Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərindən istifadə qaydaları müəyyənləşdirilmişdi. Hesablama Palatasının məlumatına görə, il ərzində DSMF-nin 600 milyon manatlıq sərbəst vəsaiti investisiya edilib.
Həmin vəsait aşağıdakı istiqamətlərə yönəldilib:
- İki bankda 30 milyon manat depozit yerləşdirilib
- Maliyyə Nazirliyi tərəfindən emissiya edilmiş dövlət zəmanətli istiqrazların alınmasına 403 milyon manat investisiya edilib
- İnvestisiyaların daha 167 miluon manatı əks-repo əməliyyatlarına yönəldilib
Yəni, gözlənildiyi kimi DSMF-nin sərbəst vəsaitlərinin investisiyalara yönəldilməsi daxili resurslar hesabına xarici borcları azaltmaq stategiyasının tərkib hissəsidir. Son illər Azərbaycanın xarici borcu azalsa da, daxili dövlət borcunda ardıcıl artım nəzərə çarpır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.