SOCAR "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyası çərçivəsində vətəndaşlarla bu həftəlik sonuncu görüşü Ağsu rayonunun Qaraqoyunlu kəndində baş tutub. Ağsu RQİİ-nin məsul şəxsləri çıxış edərək vətəndaşların qaz təchizatında üzləşdiyi problemləri dinləməyə hazır olduqlarını bildiriblər. Daha sonra mikrofon önünə keçən 10-na yaxın Qaraqoyunlu kənd sakini qaz təchizatında üzləşdiyi problem və təkliflərini ünvanlayıb. Müraciətlər arasında fərdi yaşayış evinin qazlaşdırılması, qapı keçidinin quraşdırılması, sonradan ödənişli məişət qaz sayğacının öncədən ödənişli sayğacla əvəz olunması və s. bu kimi müraciətlər səsləndirilib. Aksiya iştirakçıları arasında qaz təchizatı ilə bağlı hər hansı bir problemlə üzləşmədiyini qeyd edən sakinlər də olub. Ünvanlanan bəzi müraciətlər barədə vətəndaşlara ətraflı məlumat verilib, araşdırılması vacib olan problemlərə gəlincə, onların da hər biri aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.