Sosial mediada “Azərbaycan Dəmir Yolları” QSC-də maliyyə maxinasiyaları ilə bağlı məlumatlar dərc edilib.
Yazıya görə adı hallanan qurumda 1 milyon 67 min manata 240 ədəd “Notebook” alındığı yazılır. Orta hesabla bir “Notebook” 4445 manat başa gəlib. Bundan sonra həmən notebooklara office və windows lisenziyası üçün güya 1 milyon 731 manat ödənilib. Yəni, 1 notbooka lisenziyası üçün 7212 manat xərclənib.
Beləliklə, “Azərbaycan Dəmir Yolları” QSC-də bir “Notbook” istifadəsi 12000(on iki min) manata hesablanıb.
Azadmedia.az sözügedən məsələ ilə bağlı ADY QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi
Sənubər Nəzərova ilə əlaqə saxlayıb. Sənubər xanım bildirdi ki, “Azərbaycan Dəmir Yolları" QSC "İKT təhlükəsizlik məhsulları və lisenziyalarının yenilənməsinin satın alınması", "Müvafiq stansiyaların naqilsiz internet ilə təmin edilməsinin satın alınması", "İKT təhlükəsizlik məhsulları və lisenziyalarının yenilənməsinin satın alınması" və “Microsoft” məhsullarının satın alınması" ilə bağlı tenderləri yekunlaşdırıb. Qalib şirkətlər müvafiq olaraq "SMARTIT" MMC, "B2B GROUP" MMC, "İNFİNİTECH" MMC və "BUZ TECH" MMC şirkətləridir
“Azərbaycan Dəmir Yolları" ümumilikdə 1,7 milyon manatlıq “Microsoft” məhsulları alıb.
“Azərbaycan Dəmir Yolları" "SMARTIT" MMC ilə 4 milyon 307 min manatlıq, "B2B GROUP" MMC ilə 985 min manatlıq, "İNFİNİTECH" MMC ilə 1 milyon 67 min manatlıq, "BUZ TECH" MMC ilə 1 milyon 731 min müqavilə imzalayıb.
"İNFİNİTECH" ilə bağlanmış müqavilə son nəsil yeni 360 ədəd noutbukun və aksesuarlarının satın alınmasını nəzərdə tutur. "B2B GROUP" şirkətistansiyaların naqilsiz internet ilə təmin edilməsini, "SMARTIT" MMC şirkəti isə İKT təhlükəsizlik məhsullarının və lisenziyaların yenilənməsini, BUZ TECH" şirkəti isə “Microsoft” şirkətinin "Windows 11 Pro" və "Office 365" məhsullarının ADY-yə satışını həyata keçirəcək. Ümumilikdə, ADY-nin 4200 əməkdaşın noutbuku və kompyuterinin proqram təminatı və lisenziyaları yenilənəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.