13.11.2023 11:44

Azərbaycan hakimiyyəti Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün 2024-cü ilin dövlət büdcəsindən 4 milyard manat (indiki məzənnə ilə 2,35 milyard dollar) ayıracaq. Azadmedia.az xəbər verir ki, bunu ölkənin maliyyə naziri Samir Şərifov deyib.
“Azərbaycanın 2024-cü il dövlət büdcəsindən Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün 4 milyard manat ayrılacaq”, - Şərifov bazar ertəsi Milli Məclisdə 2024-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, ümumilikdə, 2023-cü ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işlərinə dövlət büdcəsindən ayrılan vəsait 12 milyard manata (indiki məzənnə ilə 7,06 milyard dollar) çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.