Türkiyənin işgüzar dairələrinin nümayəndələri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində istifadəyə verilən sənaye parklarına sərmayə yatırmaqda maraqlı olduqlarını bildiriblər.
Türkiyəli sahibkarlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sənaye parklarında həyata keçirilən biznes layihələrində iştirak etməyə hazırdırlar
O cümlədən, Türkiyə-Azərbaycan Əməkdaşlıq Şurasının İcraiyyə Komitəsinin sədri Kamal Koroğlunun başçılıq etdiyi Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) nümayəndə heyəti ilə görüşdə bu barədə müzakirələr aparılıb.
İclası giriş sözü ilə açan İqtisadi Zonanın İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Seymur Adıgözəlov Azərbaycanda mövcud sənaye zonaları, iş adamları üçün yaradılan investisiya imkanları barədə məlumat verib.
Koroğlu öz növbəsində Türkiyə tərəfinin Azərbaycanın sənaye zonalarında, əsasən də işğaldan azad edilmiş ərazilərdəki sənaye parklarında həyata keçirilən biznes layihələrində iştirakda maraqlı olduğunu bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.