AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı və Belqrad Serbiyaya 400 milyon kubmetr Azərbaycan qazının tədarükü haqqında saziş imzalayıblar

  • + A
  • - A
  • 15-11-2023, 16:41

    Bakı və Belqrad Serbiyaya 400 milyon kubmetr Azərbaycan qazının tədarükü haqqında saziş imzalayıblar

    Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Serbiyanın dağ-mədən və energetika naziri Dubravka Cedoviç-Handanoviç əməkdaşlıq haqqında strateji əhəmiyyətli sənədlər imzalayıblar. Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Energetika Nazirliyi məlumat yayıb.

    Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Serbiyanın Srbijagas şirkəti arasında əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu, o cümlədən Qaz Satışı Sazişi imzalanıb.

    “Dağ-mədən və energetika naziri Dubravka Jedovic-Handanovic ilə görüş çərçivəsində Azərbaycan və Serbiya arasında təbii qaz sahəsində əməkdaşlığa dair strateji əhəmiyyətli sənədlər imzalanıb. İllik təqribən 400 milyon kubmetr qazın tədarükü nəticəsində Serbiya Avropada qaz bazarının şaxələndirilməsində Azərbaycanın yeni tərəfdaşı olacaq. Ölkəmizin enerji təhlükəsizliyində rolu güclənir”, - deyə azərbaycanlı nazir vurğulayıb.

    Qeyd edildiyi kimi, Anlaşma Memorandumu qaz tədarükü ilə yanaşı, Serbiyaya mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü imkanlarını, qaz anbarları ilə bağlı SOCAR ilə əməkdaşlığı, o cümlədən şirkətin qazında iştirak imkanlarının araşdırılmasını nəzərdə tutur. Söhbət ticarət əməliyyatları və təbii qazla işləyən elektrik stansiyalarının tikintisindən gedir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR