AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Quşçuluq massivində yeni mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılır - Video

  • + A
  • - A
  • 15-11-2023, 22:22

    Quşçuluq massivində yeni mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılır - Video

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatı


    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Quşçuluq massivində yeni mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılır.
    Quşçuluq massivi son illər fərdi yaşayış evlərinin tikilməsi hesabına genişlənib. Ərazinin bir hissəsində içməli su təchizatı əhali tərəfindən fərdi qaydada yaradılmış və tikinti normalarına cavab verməyən xətlər hesabına aparılıb. Digər hissələrdə yaşayan sakinlər isə indiyədək içməli suyu maşınlarla alırdı. Bütün bunlar nəzərə alınaraq həmin ərazilərdə içməli su təchizatı şəbəkəsinin yaradılmasına qərar verilib.
    “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin daxili imkanları hesabına icra olunan layihə çərçivəsində ərazidə 6 km uzunluğunda yeni şəbəkə yaradılır, 280 abonentə ev birləşməsi verilərək sayğaclar quraşdırılacaq. Suyun optimal idarə olunması üçün şəbəkə üzərində 15 siyirtmə və yanğın təhlükəsizliyi məqsədilə 3 yanğın hidrantı da quraşdırılacaq. Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra Hövsan qəsəbəsinin Quşçuluq massivində 1200-dək sakin dayanıqlı içməli su ilə təmin olunacaq.
    Qeyd edək ki, əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 2023-cü ildə “Azərsu” ASC-nin daxili imkanları hesabına Binəqədi, Novxanı, Badamdar qəsəbələrində, həmçinin regionlarda layihələr icra olunur.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR