AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Onlayn Azərbaycan” layihəsi öz bəhrəsini verir

  • + A
  • - A
  • 16-11-2023, 11:26

    “Onlayn Azərbaycan” layihəsi öz bəhrəsini verir

    “Onlayn Azərbaycan” layihəsi öz bəhrəsini verir. Azadmedia.az xəbər verir ki, bu sözləri TimeSoft şirkətinin həmtəsisçisi və direktoru Elvin Abbasov sosial media hesabında yazıb.
    Şirkət direktorunun sözlərinə görə “Ookla” şirkəti tərəfindən təqdim edilən hesabata görə, Azərbaycanda genişzolaqlı internetin sürəti son 12 ayda artaraq ortalama 30 Mbit/s-i keçib. Bu da o deməkdir ki, ölkədə genişzolaqlı internetin sürətində ümumilikdə 16% illik artım olub:
    "Baktelecom”un saytında verilən məlumata görə, 2023-cü ilin 10 ayı ərzində Azərbaycanda 700 minə yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə isə 1,5 milyona yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu da ölkədəki ev təsərrüfatlarının 52%-i deməkdir.
    Artıq ev təsərrüfatlarının yarısından çoxunun genişzolaqlı internetə çıxış imkanı var".
    Sonda E.Abbasov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi cari ilin sonuna kimi bu rəqəmin 60%-ə çatdırılmasını hədəflədiyini bildirib.
    Elnurə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR