Bu günədək Zaqatala rayonunda baş tutan aksiyalara Fındıqlı kəndindən qatılan sakinlərin tək istəyi mavi yanacaqla təmin olunmaq idisə, bu gün adıçəkilən kənddə təşkil olunan “Səyyar qəbul otağı”nda sakinləri bir araya gətirən səbəb təbii qazın verilişi olub. Regional İdarənin baş mühəndisi mavi yanacağın verilişi ilə bağlı abonentləri təbrik etdikdən sonra qazdan təhlükəsiz istifadə qaydalarını da vətəndaşların diqqətinə çatdırıb. Mikrofon önünə çıxan sakinlərin hər biri ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər. Qaz açılışının davamı olaraq SOCAR-ın “Azəriqaz” İB-nin hesabına qazlaşdırılan şəhid ailəsinin fərdi yaşayış evinə baxış keçirilib, təbii qazın verilişi təmin olunub.
Qeyd edək ki, 178 abonentin yaşadığı Fındıqlı kəndində ümumilikdə 11617 pm müxtəlif diametrli borularla qaz xətləri çəkilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.