2023-cü ildə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi olan Ə. Əliyev küçəsi 1 ünvanında yerləşən binanın fasadının karniz hissələrində bərpa işləri aparılıb. Tarixi binanın karniz hissəsində atmosfer təsirləri nəticəsində piyadalar üçün təhlükə yarada biləcək xırda daş parçalarının, karnizin və kronşteynlərin tökülmə təhlükəsinin qarşısını almaq üçün bərpa işlərinin aparılması üçün zərurət yaranmışdı.
Bərpa nəticəsində təhlükəli daşlar təmizlənərək bərkidilmiş, kronşteynlərdə olan nəbati naxışlar xüsusi əhəng məhlulları ilə bərpa edilmiş, daşları bərkidilmiş, metal hissələr qoruyucu qatlarla örtülmüşdür.
Nəticədə tarixi bina ilkin vəziyyətə qaytarılmışdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.